Fərid Qayıbov Qırğızıstan səfirini qəbul etdi
18.03.2024 - 19:51
Gənclər və idman naziri Fərid Qayıbov bu gün Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kayrat Osmanəliyevi qəbul edib.
Apasport.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Səfir səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0