Ölkəmiz artıq suverendir, biz Qarabağda, Xankəndidə idman tədbirləri keçirə bilərik.
Apasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Xankəndi - Bakı ultramarafonu barədə danışarkən bildirib.
Onun sözlərinə görə, marafonda 60-dan çox idmançı iştirak edib: "Xankəndidən Bakıya doğru baş tutan marafonda həm idman ictimaiyyəti, həm də şəhər sakinləri iştirak ediblər. Marafona təkcə Azərbaycan idmançıları yox, başqa ölkələrdən də idmançılar qatılıb. Bu marafonda qardaş ölkə Türkiyədən də idmançılar iştirak ediblər".
Fərid Qayıbov qeyd edib ki, marafonçular 5 gün ərzində 380 km məsafə qət edib: “Bu, çox çətin marafon idi. Mən bütün iştirakçıları təbrik edirəm və təşəkkür edirəm. Onlar böyük iş görüblər”.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım