Fərid Yusifli və İsmayıl Zülfüqarlı "Neftçi"yə qarşı oynayacaq? - Açıqlama
22.02.2024 - 14:20
Fərid Yusifli və İsmayıl Zülfüqarlı "Neftçi"yə qarşı oynayacaq? - Açıqlama

"Turan Tovuz"un yeni transferləri Fərid Yusifli və İsmayıl Zülfüqarlı sabiq komandaları "Neftçi"yə qarşı forma geyinə bilərlər. 

Bu barədə apasport.az-ın sorğusuna cavab olaraq "Neftçi"nin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, müqavilədə futbolçuların "Neftçi" və "Turan" arasında keçiriləcək matçları buraxmasına dair heç bir razılaşma yoxdur. 

Xatırladaq ki, Fərid Yusifli və İsmayıl Zülfüqarlı qışda "ağ-qaralar"dan ayrılaraq bölgə komandasına keçiblər. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 24-cü turunda "Turan Tovuz" "Neftçi" ilə qarşılaşacaq. 

0