Fərrux Mahmudov: “Çempionluq məsələsi başqadır”
19.08.2023 - 11:40
Fərrux Mahmudov: “Çempionluq məsələsi başqadır”

“Neftçi” PFK ilə “Procter&Gamble” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Apasport.az saytının məlumatına görə, tədbirdən sonra Bakı klubunun baş icraçı direktoru Fərrux Mahmudov jurnalistlərin suallarını cavablandırıb.

- Bu şirkətin sizinlə əməkdaşlığı sizə hansı faydalıarı verəcək?
- Bəli, üçüncü ildir ki, PG şirkətilə əməkdaşlıq edirik. Bunlar elə şirkətdir ki, hər reklam maddi investisiyaya görə böyük məsuliyyət daşıyır. Bizim digər sponsorları cəlb etmək üçün bu şirkətin bizimlə əməkdaşlığı fayda verəcək.

- Bu müqavilə "Neftçi"ni qara gündən ağ günə çıxara bilər? Çempion ola bilərsiz?
- Burada başqa məqsədlə yığışmışıq. Çempionluq məsələsi başqadır. İrakli də mən də yeni təyin olunmuşuq. İnanıram ki, biz yenilik gətirəcəyik.

- Mövsüm başlayandan üçüncü müqavilədir. Ardı gələcək?
- Təbii ki, bizim media və marketinq şöbəmiz bu barədə geniş işlər aparır. Davamı gələcək.

- Sponsorların sayı artır. Sponsorların gözləntilərini qarşılayırsız? 
- Təbii ki, qarşılayırıq. Bu olmasaydı, inanmıram ki, bu şirkət bizimlə əməkdaşlığı artırardı.
 

0