FİFA və UEFA-dan Şəhriyar Rəhimovla bağlı başsağlığı
31.08.2023 - 12:31
FİFA və UEFA-dan Şəhriyar Rəhimovla bağlı başsağlığı

Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimovun vaxtsız vəfatına beynəlxalq futbol qurumları da biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, FİFA və UEFA 34 yaşında dünyasını dəyişməsinə münasibət bildirib.

Dünya və Avropa futbol qurumları Rəhimovun vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı məktubu ünvanlayıb. FİFA və UEFA-nın rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.

0