Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
26.09.2026 - 22:35
Kanadanın Monreal şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 195-ci Konqresi keçirilib.
Apasport.az xəbər verir ki, 117 milli federasiyanın nümayəndələrinin iştirak etdiyi tədbirdə velosiped idmanının inkişafı, beynəlxalq yarışların təşkili və gələcək perspektivlərlə bağlı mühüm məsələlər müzakirə olunub.
Konqres çərçivəsində 2027–2034-cü illərdə bir sıra dünya çempionatlarının keçiriləcəyi şəhərlər də təqdim edilib.
Konqresdə ölkəmizi Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təmsil edib.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
0
0