May ayının 13-də "Sabah" və "Zirə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Mətbuat konfransları 12 may tarixində “Palms Sports Arena”nın mətbuat konfransı otağında baş tutacaq.
Nominal meydan sahibi “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı saat 16:30-da, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı isə saat 18:30-da başlayacaq.
Oyunöncəsi mətbuat konfransları “CBC Sport” telekanalı və Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Sabah” futbol klubunun ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq oyunöncəsi məşqi “Palms Sports Arena”da 12 may saat 17:00-18:00 arasında baş tutacaq. Eyni stadionda “Zirə” klubunun ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi 11 may saat 17:45-18:45 arası keçiriləcək.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək