Frank de Blekere “Siqma” - “Selye” matçının hakim-inspektoru olacaq
25.11.2025 - 16:34
AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere UEFA-dan növbəti dəfə təyinat alıb.
Apasport.az xəbər verir ki, belçikalı komitə sədri Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Siqma” (Çexiya) - “Selye” (Sloveniya) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.
0
0