
Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Rohit Saqqiyə yan xətlərdə həmyerliləri Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen, həmçinin Daniel Higraff dördüncü hakim qismində kömək edəcəklər.
VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.
Qeyd edək ki, Fransa - Azərbaycan matçı oktyabrın 10-u, Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.
- Emreli yeni klubunda da gözdən çıxarıldı: İCARƏYƏ GÖNDƏRİLƏ BİLƏR
- "Sabah"ın qapıçısı Qazaxıstan millisinə çağırılıb
- Rahid Əmirquliyev: "Ayxan Abbasova vaxt versələr, nəyəsə nail ola bilərik"
- Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi ilə tanış olub - FOTO
- "Qarabağ"ın oyunu üçün İspaniyaya gedəcək azarkeşlərin diqqətinə!