Fransa millisinin sabiq futbolçusu “Qarabağ”da
13.01.2023 - 15:24
Fransa millisinin sabiq futbolçusu “Qarabağ”da

Azərbaycan çempionu “Qarabağ” qış fasiləsində ilk transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Bölgə təmsilçisi Adama Diakabini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Sol cinah vingeri 2025-ci il iyunun 30-dək “Qarabağ” forması geyinəcək.

Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. O, karyerası ərzində Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.

Qeyd edək ki, cari mövsümün ilk yarısını “Amyen”də keçirən Adama Liqa2-də 12 matçda 470 dəqiqə şans qazanıb.

0