Fransa millisinin üzvü “Neftçi”də - RƏSMİ
05.07.2025 - 21:36
Fransa millisinin üzvü “Neftçi”də - RƏSMİ

"Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, komanda AEK-in vingeri İmad Fərəci heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, "Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, həmiçinin Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının da şərəfini qoruyub.