Fransa və İtaliya yığmaları Bakıya turnirə gələcək
14.03.2023 - 12:05
Fransa və İtaliya yığmaları Bakıya turnirə gələcək

Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi ilə  beynəlxalq turnir keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir mayın 1-də start götürəcək. Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri də iştirak edəcək. 

Yarışın qalibi mayın 6-da müəyyənləşəcək. Oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.

Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.
 

0