“Frayburq”un axsayan yeri – MÜTƏXƏSSİS AÇIQLADI
08.09.2022 - 16:35
“Frayburq”un axsayan yeri – MÜTƏXƏSSİS AÇIQLADI

Avropa Liqasının I turunun “Frayburq” – “Qarabağ” matçına mütəxəssis proqnozu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Mixail Savin qrup mərhələsinin Almaniyadakı oyununa mərc edib.

Mütəxəssis bu görüş üçün optimal variantı müəyyənləşdirib:

Bu qarşılaşmada üstünlüyü meydan sahiblərinə vermək lazımdır. Aydındır ki, Bundesliqanın lideri favoritdir.

Həm də “Frayburq” öz ev stadionunda oynayır. Bu arenada isə komandanın işləri möhtəşəm gedir. Kollektiv burada istənilən komandaya öz gücünü göstərə bilər.

Azərbaycanlılar da pis fiziki formada deyil. Amma ustalıq səviyyəsi çox fərqlənir.

Buna görə də proqnoz kimi Fora1 (-1) üstünlük vermək də olar. Hesab edirəm ki, qolların çoxluğuna mərc gəlmək yanlışdır.

Bəli, “Frayburq” çoxsaylı qol epizodları yaradır. Amma bunlardan istifadə axsayır. “Frayburq” nadir hallarda 1-2-dən artıq qol vurur. 

Digər tərəfdən Bundesliqa klubunun özü daha da az top buraxır. Bu üzdən cütün autsayderindən yaradıcı planda maraqlı nə isə gözləmirəm. 2,26 əmsalla dəyərləndirilən 3-dən az qolun vurulmasına mərc edirəm.

Proqnozum: Alt
 

0