Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün əsas mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşlaşan millimiz 5:2 hesablı qələbə qazanıb. Millimizin qollarını Eduardu Borjis, Saiti Ensi, Rafael Vilela, Felipinyu və Amaedu da Silva vurub. Bu nəticədən sonra millimiz elit-raunda vəsiqəni təmin edib.
Oyundan əvvəl AFFA-nın baş katibi Sərxan Hacıyev və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov futzalçı karyerasını başa vuran Vitali Borisova milli komandanın formasını və diplom təqdim edib.
Millimiz DÇ-nin əsas seçmə mərhələsində sonuncu oyununu martın 7-də səfərdə Polşa yığmasına qarşı keçirəcək.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."