Gədəbəyin stadionu şumlanıb - FOTOLAR
11.04.2025 - 13:51

Gədəbəy rayonunda maraqlı hadisə baş verib.
Apasport.az xəbər verir ki, rayon stadionunun ərazisi şumlanıb.
Bu barədə jurnalist Anar Şabanoğlu sosial media hesabında paylaşım edib.
Fotolordan göründüyü kimi, meydanın ot örtüyü kimliyi bəlli olmayan şəxslər və ya qurum tərəfindən şumlanıb, tamamən yararsız hala gətirilib.
Xatırladaq ki, Gədəbəyin "Narzan" klubu vaxtilə Birinci Liqada çıxış edərkən ev oyunlarını məhz bu stadionda keçirirdi.
Həmin fotoları təqdim edirik:
1
0