Gəncə klubu liqadan kənarlaşdırılıb
25.11.2025 - 15:15
Gəncə klubu liqadan kənarlaşdırılıb

AFFA U-12 Qızlar Liqasında çıxış edən Gəncənin “Azəri” komandası yarışlardan kənarlaşdırılıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.

Komanda son olaraq “Goranboy OİK” ilə görüşdə iştirak etməyib və texniki məğlubiyyət (0:3) alıb.

Gəncə komandası üçüncü dəfə matçlara getmədiyi üçün yarışlardan kənarlaşdırılıb.