“Gənclər Paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirildi
02.02.2024 - 18:28
“Gənclər Paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirildi

Lənkəran şəhərində "Gənclər Paytaxtı 2024" layihəsinin açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, açılış Heydər Əliyev adına Xatirə Parkında baş tutub.

Tədbirdə Dövlət himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Açılışda Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov, gənclər və idman naziri Fərid Qayıbov və Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış edib. Fərid Qayıbov "Gənclər Paytaxtı"nın rəmzi açarını İH başçısı Taleh Qaraşova təqdim edib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident mükafatına layiq görülmüş gənclər təbrik edilib.

Sonda isə gənclər tərəfindən hazırlanan videoçarx nümayiş olunub.

Qeyd edək ki, 2012-ci ildən Bakı şəhəri istisna olmaqla, hər il Azərbaycan şəhər və rayonlarından biri "Gənclər Paytaxtı" elan olunur.

0