Martın 14-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.
Apasport.az xəbər verir ki, nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb.
İsveçrə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları (ABŞ), Türkiyə Respublikası kimi ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, konfranslar, eləcə də beynəlxalq mübadilə proqramında iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, yarışlara hazırlıqları, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.
Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov onların bundan sonra da fəaliyyətlərinin davamlılığını arzulayıb.
Tədbirdə nazir müavini İndira Hacıyeva və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov da iştirak ediblər.
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı start götürüb