Georgi Papunaişvili "Kəpəz"də
01.09.2023 - 20:07
Georgi Papunaişvili "Kəpəz"də

Misli Premyer Liqa təmsilçisi “Kəpəz” heyətini gücləndirib.

Apasport.az-ın məlumatına görə, gürcüstanlı Georgi Papunaişvili ilə bir illik müqavilə imzalanıb.

27 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi son klub “Telavi” (Gürcüstan) olub. Tbilisi "Dinamo"sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da top qovub. O, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Mərkəz müdafiəçisi Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında da oynayıb. 

Qeyd edək ki, Georgi Gürcüstan yığma komandasında 12 oyuna 2 qol vurub.
 

0