Gimnastlarımız Dünya Kubokunda iştirak edəcəklər
19.03.2024 - 11:57
Batut gimnastikası üzrə Azərbaycan millisi martın 23-24-də Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vladimir Şulikinin rəhbərliyi altında Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev ölkəmizi təmsil edəcəklər.
Beynəlxalq dərəcəli hakim Kamil Quliyev Dünya Kubokunda əsas referilərdən olacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0