Gürcüstan klubu "Sabah"ın futbolçusuna elçi düşüb
26.02.2024 - 22:19
Gürcüstan klubu "Sabah"ın futbolçusuna elçi düşüb

Gürcüstanın "Samtrediya" klubu U-21 yığmamızın sabiq üzvü, hazırda "Sabah"da oynayan Abdulla Xaybullayevi heyətində görmək istəyir.

Apasport.az xəbər verir ki, gürcülər onu icarəyə götürməyi planlaşdırır.

Bunun üçün isə futbolçunun klubu ilə danışıqlara start verilib.

Hələ ki, Gürcüstan yüksək liqasında sezon başlamayıb və martın 1-də liqaya start veriləcək.

Xaybullayev ötən mövsümü də "Samtrediya"da icarədə keçirib.

"Sabah"ın onu Gürcüstan klubuna buraxıb-buraxmayacağı dəqiq deyil.

0