
Bu gün Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin "matc.az" saytının baş redaktoru İxtiyar Əsgərov və "sports.az" saytının baş redaktoru Anar Şabanoğluna qarşı şikayəti əsasında hazırlıq iclası keçirilib.
Apasport.az xəbər verir ki, məhkəmə iclasına hakim Nərgiz Tağiyeva sədrlik edib.
Hakim iddiaçı tərəfin sübutlarının azlığına görə Rəfiyevin vəkilinin əlavə sübutlar təqdim etmək üçün vəsatətini nəzərə alaraq, hazırlıq iclasını fevralın 24-nə təxirə salıb.
Qeyd edək ki, Rəfiyev media nümayəndələrinin onu təhqir etdiyini iddia etmişdi.
Bundan öncə isə Nərimanov Rayon Məhkəməsi Rəfiyevin jurnalistlərə qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata götürməkdən imtina etmişdi.
- “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
- PFL Azərbaycan Kubokunun qalibi oldu
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
- Şahruddin Məhəmmədəliyevə Avropadan təklif: CİDDİ MÜŞTƏRİSİ VAR