“Hamburq”un sabiq hücumçusu “Kəpəz”ə keçidə razılıq verdi
04.07.2023 - 14:46
“Hamburq”un sabiq hücumçusu “Kəpəz”ə keçidə razılıq verdi

Yeni mövsümə hazırlaşan “Kəpəz”in heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, transfer çalışmalarını davam etdirən Gəncə təmsilçisi heyətini şimali makedoniyalı oyunçu ilə gücləndirməyi planlaşdırır. 

Qərblilər Valmir Nafiunun keçidi ilə bağlı ilkin razılıq əldə edib. Tərəflər müqavilənin maliyyə məsələsində də razılığa gəlsə, 29 yaşlı hücumçu Misli Premyer Liqasında forma geyinəcək.

Nafiu “Şkendiya”da başladığı ötən mövsümü Slovakiyanın “Koşitse” klubunda başa vurub. O, bunadək “Bazel”, “Hamburq”, APOEL, “Skenderbeu”, “Renova” klublarında da oynayıb.

Qeyd edək ki, 2022/23 mövsümündə “Şkendiya”da 10, “Koşitse”də 12 çempionat matçı keçirib. Nafiu bu oyunlarda qol vurmayıb.
 

0