UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə fakültələr arasında keçirilən futzal turnirinə yekun vurulub.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan yarışın final qarşılaşmasında Metallurgiya və Materialşünaslıq fakültəsinin komandası Maşınqayırma və Robototexnika fakültəsinin kollektivini 3:2 hesabı ilə məğlub edib.
Çempion komanda AFFA tərəfindən kubokla mükafatlandırılıb. Kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Azərbaycan Texniki Universitetinin rəsmi şəxsləri birlikdə təqdim ediblər.
Həmçinin turnirdə ilk üç yerin sahiblərinə müvafiq medallar təqdim olunub, fərqlənən oyunçulara müxtəlif nominasiyalar üzrə mükafatlar verilib.
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
- "Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu
- Yoxlama matçı: "Turan Tovuz" "Fatih Karagümrük"ə qarşı
- Kamal Umudluya avrokubok təyinatı – Albaniyada fit çalacaq
- “Apasport”un əməkdaşları futbol turnirinin qalibi oldular