I Liqa klubunda 3 ayrılıq - RƏSMİ
26.05.2026 - 11:05
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən “Şahdağ Qusar” klubunda ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın məşqçilər heyətində yer alan Babək Allahverdiyev, Elnur Abdullayev və Əlimirzə Daşzərini ilə yollar ayrılıb.
Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Bildirilib ki, hər üç mütəxəssislə yeni müqavilə imzalanmayıb.
Qeyd edək ki, “Şahdağ Qusar” başa çatan mövsümü 43 xalla Azərbaycan I Liqasının turnir cədvəlində 5-ci pillədə tamamlayıb.
0
0