İdmançımız Avropa birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb
28.07.2025 - 21:50
Azərbaycan təmsilçisi Lətif Əliyev İspaniyanın paytaxtı Madriddə keçirilən 15 yaşadək ağırlıqqaldıranların Avropa birinciliyində qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medala sahib olub.
Lətif təkanla qaldırma hərəkətində 129 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 237 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0