II Liqa: XI tura start verilib
01.12.2025 - 18:23
II Liqa: XI tura start verilib

Futbol üzrə Azərbaycan II Liqasında XI tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günüdə 3 qarşılaşma baş tutub.

Çempionatın iddialı komandalarında olan "Qaradağ Lökbatan" "Dinamo"ya qalib gəlib.

Autsayderlərin duelində "Ağstafa Gəncləri" sevinib.

"Quba" isə "Şəki Siti" məğlub edib.

II Liqa, XI tur

1 dekabr

"Ağstafa Gəncləri" - "Araz Saatlı" 4:1
Qollar:
 E.Namazov, 20, 29, 86, İ.Allahverdiyev, 43 - K.Hüseynov, 81 (avtoqol)

"Şəki Siti" - "Quba" 1:4
Qollar:
 C.İmamverdiyev, 64 - V.Cəfərov, 45+3, 88, 90+1, İ.İbrahimli, 53
Qırmızı vərəqə: S.Süleymanov, 72 ("Şəki Siti")

"Qaradağ Lökbatan" - "Dinamo" 4:1
Qollar: 
24, 45+2 (pen), R.Şahmuradov, 29, İ.Hüseynov, 90+3 - O.Novruzov, 89