II Liqada XVI tura yekun vuruldu
04.03.2026 - 18:47
Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.
"Dinamo" "Şirvan"ı qəbul edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Dinamo" 19 xalla turnir cədvəlinin 7-ci, 26 xalı olan "Şirvan" isə 6-cı pilləsində qərarlaşıb.
II Liqa
XVI tur
"Dinamo" - "Şirvan" 3:1
Qollar: V.Seyidov, 33-p. Ə.Abbasov, 54, Y.Qarayev, 90+1 - Ü.Quliyev, 16
0
0