III MDB Oyunlarının səkkizinci günündə 9 idman növü üzrə yarışlar baş tutacaq.
Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında qılıncoynatma yarışları davam edəcək.
Bundan başqa, idman arenasında voleybol üzrə oyunlar keçiriləcək. B qrupunda yer alan qadınlardan ibarət Azərbaycan millisi Özbəkistanla, Rusiya isə Qırğızıstanla qarşılaşacaq.
Qəbələ şəhər stadionunda futbol üzrə üçüncü və beşinci yerlər uğrunda oyunlar təşkil olunacaq.
Belarus və Tacikistan milliləri bürünc medal üçün yarışacaq. Digər görüş isə Özbəkistan və Qırğızıstan arasında baş tutacaq.
Yevlax Olimpiya İdman Kompleksində 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75 və 80 kiloqram çəki dərəcəsində kişi boksçuların yarımfinal görüşləri baş tutacaq.
Qəbələ Olimpiya İdman Kompleksində qız və oğlan badmintonçuların fərdi, cüt və qarışıq yarışları davam edəcək.
Şəki Olimpiya İdman Kompleksində isə qız və oğlan gimnastların fərdi, həmçinin sinxron proqramda final mübarizəsi baş tutacaq.
Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları davam edəcək.
Gəncə Olimpiya İdman Kompleksində 40, 45, 46, 51, 53, 60, 61, 71, 92 kiloqram çəki dərəcələrində güləşçilərin mübarizəsinə start veriləcək.
Mingəçevir “Kür” Olimpiya Mərkəzində isə karate üzrə yarışlar başlayacaq.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub