İkardi “Qalatasaray”a derbidə qələbə qazandırdı
21.10.2023 - 22:14
İkardi “Qalatasaray”a  derbidə qələbə qazandırdı

Türkiyə Superliqası 9-cu turunda “Qalatasaray” – “Beşiktaş” derbisi baş tutub.

Apasport.az saytı xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qalatasaray”ın hər iki qolunun müəllifi Mauro İkardi olub. Argentinalı forvard vurduğu qolların sayənə 10-a yüksəldib. “Beşiktaş”ın yeganə qoluna Okslend-Çemberlen imza atıb.

Qələbə sayəsində “Qalatasaray” bir oyun artıq keçirməklə liderliyə yüksəlib.

Türkiyə Superliqası
9-cu tur

“Kayserispor” – “Rizəspor” – 3:1
“Qaziantep” – “Antalyaspor” – 1:0
“Konyaspor” – “Pendikspor” – 1:2
“Qalatasaray” – “Beşiktaş” – 2:1
 

0