İkardinin qolları növbəti 3 xalı gətirdi
20.05.2023 - 23:55
İkardinin qolları növbəti 3 xalı gətirdi

“Qalatasaray” Türkiyə çempionatının növbəti turunu da qələbə ilə başa vurub.

Apasport.az saytı xəbər verir ki, komanda öz meydanında “Sivasspor”a qalib gəlib.

Bu qələbə “Qalatasaray”ı çempionluğa bir az da yaxınlaşdırıb. “Sarı-qırmızılar”ın hər iki qolunun müəllifi İkardi olub.

Qeyd edək ki, liderlə ikinci yerdə qərarlaşan və bir oyun az keçirən “Fənərbaxça” arasında 8 xal fərq var.

35-ci tur

“Kasımpaşa” – “İstanbulspor” – 1:0

“Kayserispor” – “Alanyaspor” – 0:4

“Qalatasaray” – “Sivasspor” – 2:0

 

0