Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında finalçılar bəlli olub.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yarımfinal döyüşlərinin nəticəsinə əsasən Azərbaycan milli komandasının 2 idmançısı həlledici görüşə vəsiqə əldə edib. Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirib. Görüş Avropa çempionumuzun 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesablı qələbəsi ilə yekunlaşıb. O, bununla da ardıcıl olaraq ikinci dəfə qitə birinciliyində finala yüksəlib.
Hüseynovun uğurunu 57 kq çəkidə Əzrək Bəbirov da təkrarlayıb. Boksçumuz finala gedən yolda Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gəlib və rəqibini məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).
Millimizin 3 boksçusu isə bürünc medalını rəsmiləşdirib. Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) Avropa çempionatını 3-cü pillədə başa vurublar.
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib