3 fevral 2025-ci il tarixində AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda ölkə futboluyla bağlı bir sıra vacib qərarlar alınıb.
İclasda həmçinin aşağı yaş qruplarındakı fəaliyyət barədə də hökm oxunub.
Belə ki, İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin “UEFA İnkişaf Turniri – 2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul edib.
Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin aqibəti isə hələlik məlum olmayıb.
Onların təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.