İlin son oyunu: "Sabah" Sumqayıt səfərində - YENİLƏNİR
22.12.2025 - 09:17
İlin son oyunu: "Sabah" Sumqayıt səfərində  - YENİLƏNİR

Misli Premyer Liqasında bu gün 2025-ci ilin son oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, XVI turun sonuncu matçında "Sabah" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da start götürəcək.

Hazırda 34 xalla ikinci pillədə qərarlaşan qonaqlar qələbə qazanacağı təqdirdə mövsümün ilk yarısını lider kimi başa vuracaq. "Gənclik şəhəri" təmsilçisi 27 xalla dördüncüdür.

Misli Premyer Liqası

I dövrə

XVI tur

22 dekabr

19:30. "Sumqayıt" – "Sabah"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.