Paralimpiya, dünya və Avropa çempionu parataekvondoçumuz İmaməddin Xəlilov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Biz birgəyik” adlı beynəlxalq könüllülər festivalında çıxış edib.
Apasport.az xəbər verir ki, əvvəlcə idmançımızın uğurlarını əks etdirən videoçarx nümayiş olunub, daha sonra Xəlilov əlilliyi olan könüllülərin də iştirak etdiyi festival iştirakçılarına öz uğur yolundan danışıb.
Qeyd edək ki, 10-a yaxın ölkədən 60-dan çox nümayəndənin qatıldığı “Biz birgəyik” beynəlxalq könüllülər festivalının budəfəki əsas missiyalarından biri əlilliyi olan şəxslərin də könüllü hərəkatının bir hissəsi olduğunu qeyd etmək, onların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulamaq olub.
Tədbirdə Milli Paralimpiya Komitəsini baş katib Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib