
Misli Premyer Liqasında VIII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “İmişli” “Qəbələ“ni qəbul edib.
Oyuna saat 14:30-da start verilib.
Gərgin keçən qarşılaşmada azarkeşlər 4 qola şahidlik ediblər. Görüşdə qalib müəyyənləşməyib. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Misli Premyer Liqası
VIII tur
14:30. "İmişli" – "Qəbələ" 2:2
Qollar: Ronaldo de Souza, 74, Dioqo Almeyda, 80 - Domi Massumo, 43, İbrahim Sanqare, 47
Baş hakim: İnqilab Məmmədov
Quba OİK stadionu
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 27. Lətif Rzayev 3. Tuncay Yusifli 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 25. Nicat Kərimov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 66. Nuğay Rəşidov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze