"İmişli"dən ilk: 54-cü oldu
20.09.2025 - 20:50
"İmişli"dən ilk: 54-cü oldu

“İmişli” Misli Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, bu, V turun “Karvan-Yevlax”la matçına təsadüf edib.

Jorje Kaşkilyanın yetirmələri səfərdə üç cavabsız qol vurublar.

İmişlinin eyniadlı klubu yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb. İndiyədək çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə etməyib.

Qeyd edək ki, “Karvan-Yevlax” ikinci böyükhesablı məğlubiyyətini alıb.