
Misli Premyer Liqasının II turu çərçivəsində “Neftçi” səfərdə "İmişli" ilə 0:0 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Jorj Kaşkilya oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Gözlədiyimiz kimi çox çətin oyun oldu. "Neftçi" çempionluğa oynayan komandadır. Biz son oyundan dərsimizi almışdıq. Səhvlərimizdən nəticə çıxarıb, yaxşı məşq edib bu matça çıxmışdıq. Bilirdik ki, "Neftçi" meydana qələbə üçün çıxacaq. Biz istəyimizə çatdıq və xalımızı aldıq".
- Çexiya III Liqasında çalışmısız. Həmin çempionatla Misli Premyer Liqasını müqayisə edə bilərsiz?
- Müqayisə etmək mümkün deyil. Misli Premyer Liqası təbii ki, Çexiyanın III Liqasından üstündür.
- Bura gələndən sonra həmyerliniz Fernandu Santuşla görüşünüz olub?
- Bir yoxlama oyunumuza gəlmişdi. Orada görüşdük. Amma Azərbaycan futbolu ilə bağlı elə geniş söhbətimiz olmayıb.
- İlk üç turda iddialı rəqiblərlə qarşılaşırsız. Püşkdə bəxtinizin gətirmədiyini demək olar?
- Bilirdik ki, bizi üç çətin oyun gözləyir. Bunu bilərək komandanı hazırlayırdıq. Gördüyünüz kimi "İmişli" heç bir rəqibdən geri qalmadı. Hazırlığımız yaxşı keçib. "Sabah" sürətli futbol oynayan komandadır. Onlara qarşı həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşacağıq.
- Komandanızda ikili mübarizələrdə axsama hiss olunur. Bunu necə aradan qaldıracaqsız?
- Komandamız fiziki cəhətdən yaxşı hazırlaşıb. Bizim gənc oyunçularımız çoxdur. Belə hallar müşahidə oluna bilər. Amma bu, o demək deyil ki, bizim futbolçular fiziki cəhətdən zəifdir. Çatışmazlıqların üzərində işləyirik.
- Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi ilə tanış olub - FOTO
- "Qarabağ"ın oyunu üçün İspaniyaya gedəcək azarkeşlərin diqqətinə!
- Fransa - Azərbaycan: Açıq məşq və mətbuat konfransının vaxtı bəlli olub
- Çexiya - Azərbaycan oyununun hakimləri açıqlanıb
- "Qarabağ" "MecHack-9030"la əməkdaşlığa başlayıb