"İmişli"nin futbolçusu dopinq otağının qapısını sındırdı - FOTO
30.01.2025 - 16:35
"İmişli"nin futbolçusu dopinq otağının qapısını sındırdı - FOTO

Futbol üzrə Azərbaycan çempionatının I Liqasında mübarizə davam edir.

Apasport.az xəbər verir ki, bu gün turnirdə II dövrəyə start verilib.

XII turun açılış matçı Binə qəsəbə stadionunda keçirilib. MOİK “İmişli”ni qəbul edib.

Oyunun sonluğu olduqca dramatik keçib. Hesabda geridə olan ordu klubu matçın son dəqiqələrində vurduğu ardıcıl qollarla qələbə qazanıb - 4:3.

Matçdan sonra xoşagəlməz hadisə baş verib. Məğlubiyyəti qəbullanmayan “İmişli” futbolçuları final fitindən sonra dərhal tunelə yollanıblar.

Qonaqların oyunçusu Seyxan Fərəcov yumruğu ilə dopinq otağının şüşəsini sındırıb. Məsələ orda olan futbolçular və polislər tərəfindən həll olunub. 

Həmçinin MOİK-in oyun zamanı zədələnən müdafiəçisi Nihad Tamazov görüşdən dərhal sonra hospitala aparılıb. Onun başına tikiş atılacaq.

0