“İmişli”nin yay hazırlıq planı bəlli olub
04.07.2025 - 17:58
“İmişli”nin yay hazırlıq planı bəlli olub

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “İmişli”nin yay hazırlıq planı məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi iyulun 7-də məşqlərə start verəcək. Təlim-məşq toplanışı Bakıda baş tutacaq və “İmişli” avqustun 9-dək paytaxtda məskunlaşacaq.

Komanda ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə qarşılaşmalar artıq dəqiqləşib.