İngiltərə millisinin üzvü "İnter"in radarında
19.11.2025 - 16:55
İngiltərə millisinin üzvü "İnter"in radarında

"Cenoa"nın müdafiəçisi Bruk Norton-Kaffi İtaliya A Seriyasında klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Norton-Kaffi Milan klubunun qış transfer pəncərəsi üçün müdafiə mövqeyinə əsas hədəflərindən biridir. "İnter" 21 yaşlı sağ cinah müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Cenoa" Kaffini 2024-cü ilin yayında "Arsenal"dan 2 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.