İslamiadada Azərbaycanı təmsil etmiş idmançı dopinqdə yaxalandı
31.01.2023 - 21:14
2023-cü ildə dopinqə düşdüyü məlum olan ilk Azərbaycan idmançısının adı məlum olub.
Apasport.az-ın xəbərinə görə, bu, ötən il Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında 67 kq çəki dərəcəsində kikboksinqin "Full contact" növündə çıxış etmiş Pərvin Heydərovdur.
O, ötən ilin oktyabrında "Qızıl Əlcək" klubu adından boks üzrə Azərbaycan çempionatında da qüvvəsini sınayıb. O orada 1/4 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, furosemid maddəsindən istifadə etmiş idmançı 2 illik cəzalandırılıb. Onun cəzası 2024-cü ilin dekabrın 11-də başa çatacaq.
Səbuhi Musa
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
1
0