İspaniya finala yüksəldi
16.06.2023 - 00:38
İspaniya finala yüksəldi

UEFA Millətlər Liqasında ikinci finalçı bəlli olub.

Apasport.az saytı xəbər verir ki, İspaniya yığması həlledici matçda oynamaq hüququ qazanıb.

Pino ilə erkən qol vuran ispanların üstünlüyü cəmi 8 dəqiqə çəkib. İmmobile penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Uzun müddət hesab dəyişməyib. Əksəriyyət oyunun əsas vaxta qədər uzanacağını düşünsə də, İspaniya yığması rəqib müdafiəsinin səhvindən istifadə edib. Xoselu qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, İspaniya finalda bir gün əvvəl Hollandiyanı mübarizədən kənarlaşdıran Xorvatiya yığmasının rəqibi olub.

UEFA Millətlər Liqası
Yarımfinal
İspaniya – İtaliya – 2:1
Qollar:
Pino, 3. Xoselu, 88 – İmmobile, 11 (pen.).

0