“Jelezniçar” “Neftçi”yə rəqib oldu
20.07.2023 - 22:53
“Jelezniçar” “Neftçi”yə rəqib oldu

“Neftçi”nin Konfrans Liqasının II mərhələsindəki rəqibi müəyyənləşib.

Apasport.az-ın məlumatına görə, komandamız “Jelezniçar”la qarşılaşacaq.

Ev oyununu Bakıda keçirən “Neftçi”nin potensial rəqibi Minsk “Dinamo”su cavab matçında uğursuz çıxış edib. Bosniya və Hersoqovinada baş tutan ilk qarşılaşmada 2:0 hesablı üstünlüyü qoruya bilməyən belaruslar bu dəfə uduzublar. “Jelezniçar” inamlı oyunla növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, “Neftçi” ilk matçını iyulun 27-də səfərdə keçirəcək. 
 
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi, cavab oyunu
“Dinamo Minsk” (Belarus) – “Jelezniçar” (Bosniya və Hersoqovina) – 1:2
Qollar:
Sedko, 64 – Saçivko, 44 (öz qapısına). Krpiç, 78.
İlk oyun – 2:2
 

0