“Jelezniçar”ın baş məşqçisi mətbuat konfransına gəlmədi
03.08.2023 - 23:33
“Jelezniçar”ın baş məşqçisi mətbuat konfransına gəlmədi

“Jelezniçar”ın baş məşqçisi yundan sonra təşkil olunan mətbaut konfransında iştirak etməyib.

Apasport.az-ın məlumatına görə, Nermin Başiç bunu, başının ağrıması ilə izah edib.

Konfrans Liqasının II təsnifatc mərhələsinin cavab matçında "Neftçi"yə 0:2 hesabı ilə uduzan qonaq komandanın kapitanı Edin Kokaliç baş məşqçini əvəz etməli olub. Amma jurnalistlər bu addıma etiraz ediblər və mətbuat konfransı baş tutmayıb.

Qeyd edək ki, Bosniya və Hersoqovinada keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınmışdı.

 

0