“Komandada əla mühit hökm sürür. Sabah uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Apasport.az-ın məlumatına görə, bu sözləri “Jelezniçar”ın hüçumçusu Süleyman Krpiç deyib.
Avropa Liqasının I təsnifat mərhələsində “Jelezniçar”a uğur qazandıran qolun müəllifi “Neftçi”nin güclü rəqib olduğunu qeyd edib: “Oyuna yaxşı hazırlaşmışıq. “Neftçi” daha güclü rəqibdir. Onu ətraflı təhlil etmişik və bacarıqlarını bilirik. Öz meydanımızda azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, “Jelezniçar” turnirin I təsnifat mərhələsində Minsk "Dinamo"sunu mübarizədən kənarlaşdırıb.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir