Jorj Kaşkilya: "Hər iki komanda növbəti mərhələyə layiq idi"
03.12.2025 - 17:31
Jorj Kaşkilya: "Hər iki komanda növbəti mərhələyə layiq idi"

"Hər iki komanda növbəti mərhələyə layiq idi".

Apasport.az xəbər verir ki, bunu Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”la (2:1) oyundan sonra baş tutan mətbuat konfransında "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya deyib. 

Mütəxəssis hər iki komandanın əzmkar oyun nümayiş etdirdiyini bildirib: 

“Meydanda iki gözəl komanda var idi. Çox rəqabətli oyun keçdi. İlk hissədə yaxşı “İmişli” var idi. Meydançanın hər yerində çox gözəl pressinq edirdik. İlk hissədə yaxşı çıxış etsək də, qolumuzu tapa bilmədik. “Sabah”ı isə təbrik edirəm. Çox yaxşı ev tapşırığından sonra qapımıza yol tapdılar. Hər iki komanda növbəti mərhələyə layiq idi. Təəssüf ki, bir komanda mübarizəsini davam etdirməlidir. Ona görə də, “Sabah”ı təbrik edirəm”.