Misli Premyer Liqasının XXIX turunun “İmişli” – “Sumqayıt” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
“Hakimlərlə bağlı təəccüblü və narazıyam. Penalti qərarı ilə razı deyiləm. Belə epizodlar çempionatda çox olur. Komandamın çıxışından razıyam. Futbolçular qədər mübarizə apardılar. 90 dəqiqə ərzində daha üstün biz idik. Mövsümün sonuna 4 oyun qalıb. Hədəfimizə yaxın olsaq da, hələ heç nə həll olunmayıb. Əvvəlki oyunlarımızda da yaxşı oynamışdıq. Bu gün hakimlərə görə qələbə qazana bilmədik”.
-Hakimlərdən narazılıq çoxdur. Sizə qarşı da nəsə olduğunu düşünürsünüz?
-Bu suala cavab verdim. Çempionatın səviyyəsinin qalxmasını istəyiriksə, hakimlik də inkişaf etməlidir.
– Yeni mövsümdə də komandada olacaqsınız?
-Bu haqda ötən konfransda danışdım. Komanda hələ hədəfinə çatmayıb. Bütün diqqətimiz burdadır.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək