Jorj Kaşkilya: "Qarabağ" kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir"
31.10.2025 - 19:25
Jorj Kaşkilya: "Qarabağ" kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir"

Bu gün Misli Premyer Liqasının X turunda "Qarabağ" "İmişli"ni məğlub edib - 2:0. 

Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"Oyunçularımla fəxr edirəm. "Qarabağ" kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq. Birinci hissənin taktiki cəhətdən fantastik oynadıq. Yaxşı hazırlaşmışdıq. "Qarabağ"ın güclü tərəflərini bilirdik. İlk hissədə taktiki cəhətdən hər şey düzgün olmuşdu. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi başqa cür olur. İkinci hissədə bilirdik ki, çətin anlar gözləyir bizi. "Qarabağ" yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. "Qarabağ"ın keyfiyyətli oyunçuları var. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. "Qarabağ"ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə, məyusuq. Amma oyunumuzdan razıyam. "Qarabağ" kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. "Qarabağ"ı təbrik edirəm, onlara uğurlar arzulayıram".

- Dioqo Almeyda ilk hissədə iki epizodu vura bilmədiyi üçün onu əvəzləyəcəyinizi gözləmək olardı. Amma görünür, komandanın mərkəz hücumçusu baxımından əziyyət çəkir. Bu haqda fikriniz necədir?
- Futbolda normal haldır. Almeyda əla oyunçudur, bu matçı da yaxşı oynadı. Bizim üçün vacib futbolçudur. Topu qabaqda saxlaya bilir, rəqib qapısı qarşısında təhlükəli anlar yaşadır. Onu dəyişməməyimizin səbəbi başqa oyunçunun olmaması deyil, taktiki məsələdir. Onun meydanda qalması məsləhət idi.

- Siz kubok oyununa çıxmışdınız, amma "Qarabağ" istirahət etmişdi, daha təravətli idilər. Bu məqam sizə nə dərəcədə təsir etdi?
- Azərbaycan futbolunda "Qarabağ" piramidanın ucundadırsa, biz kiçik komandayıq, piramidadın alt hissəsindəyik. "Qarabağ"ın yüksək oyunçuları olduğu üçün əvəzetmələri rahat edirlər. Bizdə çətindir. Rotasiyalarımız "Qarabağ"dakı kimi deyil. İlk hissədə gözəl oynadıq, yaxşı mübarizə apardıq. "Qarabağ" bizdən daha böyük klubdur.

- Penaltini Almeyda qazansa da, onu Juninyo yerinə yetirdi. Bu, sizin qərarınızdır?
- Bəli, mənim seçimimdir. "Qaradağ Lökbatan"la görüşdə də penaltini Juninyo vurmuşdu. Bu, oyunçuda özünəinamı artırır.

- Bu oyun Qubada keçirilməli idi, amma matçın "Azərsun Arena"da keçirilməsinə razılıq verdiniz. "Qarabağ"ın yol yorğunu olmasının qarşısını aldınız. Matç Qubada keçirilsəydi, nəticə fərqli ola bilərdi?
- Şərh verə bilmərəm. Orada oynadıq, ya burada oynadıq, "Qarabağ" güclü komandadır. 

- Ümumiyyətlə, Qubada özünüzü meydan sahibi kimi hiss edə bilirsiz?
- Mən məşçqiyəm, bu dəyişiklik baş verəndə, bizimkilər "Qarabağ"a köməklik etmək istədi. Ev məsələsinə gəldikdə, biz səfər meydançada 4 matçın 3-də qalib gəlmişik. Bu onu göstərir ki, səfərdə də güclüyük. Azarkeşlərimiz necə ki, Qubadakı oyunlara gəlirlər, eləcə də səfər görüşlərinə.