Jorjinyo “Atletiko”nu arzulayır
10.09.2023 - 19:27
Jorjinyo “Atletiko”nu arzulayır

“Atletiko” Jorjinyonu heyətinə cəlb etmək niyyətdədir.

Apasport.az saytı xəbər verir ki, Madrid klubu futbolçunu pulsuz əldə etmək istəyir.


Jorjinyonun “Arsenal”la müqaviləsi mövsümün sonunda bitəcək. 31 yaşlı futbolçu yanvar ayında “topçular”ın heyətinə keçsə də, arzuolunan performanı göstərməyib. Hətta yayda onun komandadan ayrılması müzakirə olunub. 

Qeyd edək ki, İtaliya yığmasının üzvü “Atletiko”ya keçmkdə maraqlıdır. O, gənc yaşlarında Dieqo Simoeninin rəhbərliyi ilə çıxış edib və yenidən bu təcrbəni yaşamaq arzusundadır.
 

0